ABŞ-ın eks-prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton 2001-ci ildən etibarən kütləvi ödənişlı çıxışları hesabına 153 milyon dollar qazanıblar.
Trend TASS-a istinadən xəbər verir ki, kütləvi ödənişlı çıxışlar əsasən iri korporasiya və bank nümayəndələrinin qarşısında olub.
CNN teleşirkətinin hesablamalarına görə, Klinton ailəsi 729 dəfə çıxış edib və orta hesabla hər dəfə 210,8 min dollar qazanıb.
Goldman Sachs və UBS kimi bankların işçilərinin qarşısında 39 çıxışa görə, Klintonlar 7,7 milyon dollar alıb. Təkcə H.Klinton 8 belə çıxışla 1,8 milyon dollar qazanıb.