8 Fevral 2016 10:36
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın kansleri Angela Merkel Türkiyənin Baş naziri Əhməd Davudoğlunun dəvəti ilə bu ölkəyə rəsmi səfərə gəlib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Merkelin olduğu təyyarə Esenboğa Hava Limanında eniş edib.

Məlumatlara görə, Almaniya kansleri keçirəcəyi görüşlər zamanı Türkiyə-Avropa Birliyi münasibətlərini, miqrant böhranını və terrorçuluqla mübarizə məsələlərini müzakirə edəcək.

Samir


Müəllif: