8 Fevral 2016 13:27
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya İordaniyaya 1,6 min hərbçi və 300 tank göndərəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "The Telegraph" qəzeti məlumat yayıb. Hərbçilər İordaniyada keçiriləcək "Shamal Storm" hərbi təlimində iştirak edəcək.

Məlumatlara görə, təlimlər zamanı Britaniya ordusu Yer kürəsinin istənilən nöqtəsində yaranacaq böhran zonasına silah və şəxsi heyətin göndərilməsi üçün logistik sxemi hazırlayacaq:

"Bu təlimlər baş verə biləcək Rusiya-NATO qarşıdurması zamanı Britaniya Silahlı Qüvvələrinin tez bir zamanda Şərqi Avropada yerləşdirilməsi vərdişlərinin aşılanması məqsədini güdür".

Ekspertlərin fikrincə, təlimlərin İordaniyanın Suriya ilə sərhəddə keçirilməsi Britaniyanın İŞİD ilə mübarizəyə qatılması anlamına gəlməməlidir: "Bu təlimlər İŞİD-ə qarşı deyil. Əksinə, biz tezliklə Suriyada deyil, Ukraynada ABŞ-a qoşulmağa hazırlaşırıq".

Samir


Müəllif:

Oxşar xəbərlər