Qazaxıstanın baş nazirinin müavini Dariqa Nazarbayeva ölkədə Çin dilini öyrənməyin vacibliyi ilə bağlı bəyanat səsləndirib.
Axar.az xəbər verir ki, geniş kollegiya iclasında bəyanat səsləndirən nazir müavini ölkə əhalisinin ən azı 3 dil bilməsinin vacib olduğunu bildirib.
"Biz uşaqların ən azı üç dili öyrənmələri üçün çalışmalıyıq. Yaxın gələcəkdə hər kəsə Çin dilini bilmək lazım olacaq. Çin bizim böyük cənub qonşumuz, taleyimizdir", - Nazarbayeva bildirib.
Qeyd edək ki, Prezident Nursultan Nazarbayev 17 yanvar 2014-cü ildə ölkədə üçdilli təhsil üzrə qanun imzalamışdı.