"Əgər Amerikanın müasir silahlarını ukraynalı əsgərlərə versələr, onlar Rusiyanı istila edə bilər".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti, Ukrayanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili deyib:
"Ukraynanın ən böyük problemi köhnəlmiş silahlardır. Amma ABŞ-da yeniləri var, əgər onlar bunu Ukraynaya versələr və 50 rus tankı partladılsa, hər şey fərqli olacaq. Ukrayna ordusunda ruh yüksəkliyi bütün dünyadakı hərbçilərdən daha yaxşıdır".
Elvin