Suriyada türkmən döyüşçülər digər müxalif qruplarla birgə Türkmən Dağında yerləşən Kuruca, Sarraf, Kulcuk və Karaman mövqelərini geri qaytarıblar.
Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin rəsmi dövlət mediası olan Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, müxaliflər 15 gün öncə, Rusiya və Əsəd ordusunun hücumu nəticəsində itirdikləri əraziləri geri qaytarmaq üçün hücuma keçiblər.
Müxaliflərlə döyüşdə rejimin 14 əsgərinin öldürüldüyü, ağır silah və hərbi texnika ələ keçirildiyi bildirilir.