12 Fevral 2016 18:53
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birləşmiş Ərəb Əmirlikləri Suriyaya xüsusi təyinatlılar göndərəcək".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter deyib. Onun sözlərinə görə, bununla bağlı BƏƏ-li həmkarı ilə Brüsseldə keçirdiyi görüşdə razılıq əldə edilib:

"Xüsusi təyinatlılar İŞİD terror təşkilatının "paytaxt"ı sayılan Rakka şəhərinin azad olunması uğrunda döyüşlərdə iştirak edəcək. Səudiyyəli hərbçilər isə Suriyada müxalifləri İŞİD terror təşkilatına qarşı döyüşlərə hazırlayacaq".

Karter Münhen danışıqlarını da şərh edib: "İŞİD-ə qarşı başlanan döyüşlərdə atəşkəs olmayacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər