14 Fevral 2016 10:09
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “İndependent” qəzeti və bazar günü çıxarılan buraxılışı “İndependent on Sunday” mart ayının sonunda yayımı dayandıracaqlarını açıqlayıblar.


Bu barədə məlumat İngiltərə mətbuatında yer alıb.

Məlumata görə, qərarı qəzetin rəhbəri Evqeni Lebedev açıqlayıb.

Qəzetin 150 işçisindən neçəsinin işdən çıxarılacağı barədə məlumat verilməyib.

Lebedev 30 illik qəzetin onlayn davam edəcəyini bildirib: “Qəzet sənayesi dəyişir və bu dəyişmə oxucularla birlikdə baş verir. Bizə gələcəyin rəqəmsal olduğunu göstərirlər. Qərar “İndependent” markasını qoruyacaq”./Musavat.com /


Müəllif:

Oxşar xəbərlər