Rusiyanın Baş naziri Dmitri Medvedyev Suriyada quru əməliyyatlarına qarşı çıxıb.
TASS xəbər verir ki, Baş nazir koalisiya ölkələrinin bu niyyətini pisləyib:
“Suriyada quru əməliyyatlarına start vermək uzunmüddətli bir müharibəni başlatmaq deməkdir”.
Medvedyev həmçinin Suriya Prezidenti Bəşər Əsədə olan münasibətdən danışıb:
“Rusiya Bəşər Əsədin dostu deyil. Əsəd sadəcə hazırda Suriyanın legitim simasıdır. Buna görə də, onunla əməkdaşlıq etmək şərtdir”./Axar.az/