Türkiyənin baş naziri Əhməd Davudoğlu Almaniya kansleri Angela Merkellə Suriya ilə bağlı son vəziyyəti müzakirə edib.
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu Suriyada davam edən proseslərin yüz minlərcə mülki suriyalının növbəti köç dalğasını yaradacağını, bunun isə sadəcə Türkiyəni deyil, Avropa Birliyini də təhdid etdiyini bildirib.
Məlumata görə, Davudoğlu Merkelə PYD-nin hücumlarına imkan verilməyəcəyini, silahlı qüvvələrin PYD/YPG-yə qarşı gərəkli önləmlər aldığını və buna davam edəcəyini də deyib.