16 Fevral 2016 00:19
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın şimalındakı Carkxand ştatında yük maşını zəvvar dəstəsinə çırpılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “The Times of İndia” agentliyində yer alıb.

Hadisə nəticəsində 11 həfər həlak olub, 20-dən artıq insan isə yaralanıb.

Məlumata görə, hadisə fevralın 14-də Baqodar və Qiridix yaşayış məntəqələri arasındakı yolda baş verib.

Polisin sözlərinə görə, zəvvarlar yolun hərəkət hissəsində olan vaxt yük maşını onlara çırpılıb.

Zəvvarlar Sarasvati ilahəsinin heykəlini çayın suyunda axıtmaq üçün gedirləmiş.


Müəllif: