16 Fevral 2016 12:28
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyaya məxsus döyüş təyyarələri Suriyada alman təyyarələrinə təhlükə törədib".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvəllərinin Hava Əməliyyatları mərkəzinin komandiri, general-polkovnik Yoahim Vundrak deyib.

Onun sözlərinə görə, İŞİD terror təşkilatına qarşı mübarizə çərçivəsində Suriyada kəşfiyyat uçuşu həyata keçirən Almaniyaya məxsus qırıcılar Rusiyanın Su-35S tipli təyyarələri tərəfindən təqib edilib: "Əlavə edim ki, Almaniya qırıcıları bu günə qədər 88 kəşfiyyat uçuşu həyata keçirib".

Almaniyalı general-polkovnik qeyd edib ki, Suriya Hərbi Hava Qüvvələri Rusiyadan yeni qırıcı və helikopterlər alıb və bununla da fəaliyyətini aktivləşdirib.

Samir


Müəllif: