Rusiya Suriya və İranın böyük qardaşıdır.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumaat görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, Bəşşar Əsəd rejimi, İran və "Hizbullah" silahlıları Suriya müxalifətinə müqavimət göstərə bilmədikləri üçün Rusiyadan kömək istəyiblər: "Rusiya hazırda Suriya müxalifətinə qarşı hərbi əməliyyatlarda fəal iştirak edir".
Ə.Davudoğlu qeyd edib ki, Rusiya Suriyaya köhnəlmiş silahlar göndərməklə həmin silahlardan xilas olmaq istəyir.