19 Fevral 2016 18:24
1 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada nəşr olunan həftəlik siyasi "wSIECI" jurnalının üz qabığı gündəm yaradıb.


Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, miqrant məsələsinə diqqət çəkmək istəyən dərgi müsəlman köçkünləri "təcavüzkar" kimi göstərib.


Avropa Birliyi bayrağı geyinən qadının üzərindəkini çıxarmağa çalışan bir neçə əl təsvir olunub. Şəkilin üzərində isə "İslamic Rape Of Europe"(Avropaya İslam Təcavüzü) başlığı yazılıb. Dərginin bu hörmətsiz və islamofobiyanı alovlandıran üz qabığı insanların etirazına səbəb olub.


Aleksandra Rybinska imzası ilə dərc olunann məqalədə Yeni il gecəsi Kölndə baş vermiş təcavüz hadisəsi nümunə göstərilib. "İslami təcavüz" adlı yazıda miqrant probleminin Avropanı zəiflədəcəyini iddia edilib.


Ramal


Müəllif:

Oxşar xəbərlər