22 Fevral 2016 12:43
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Yeni Şafak" qəzeti Rusiyanın Yəmənə girməyə hazırlaşması ilə bağlı yazı dərc edib.

Teleqraf.com xəbər verir ki, yazıda Rusiyanın bu məsələdə İranın yanında olduğu və Tehrana dəstək məqsədilə Yəmən, Livan və İraqa girmək üçün birgə əməkdaşlıq etdiyi bildirilib.

Məlumatda İranın dini lideri Ayətullah Əli Xameneinin sözçüsü Əli Əkbər Vilayətinin fikirləri ön plana çıxarılıb. Vilayəti Rusiyanın dəstəyilə Yəməndəki vəziyyətə müdaxilə edəcəklərini deyib. Onun sözlərinə görə, İranla Rusiya arasında daha əvvəl görünməmiş əməkdaşlıq mövcuddur: "Bu əməkdaşlıq sadəcə, Suriya ilə sərhəddə qalmayacaq. Biz bu əməkdaşlığı İraq, Livan və Yəmənə də daşıyacağıq. İran, Rusiya, Suriya və “Hizbullah” arasında ittifaqın qurulması mümkündür. İran regional məsələlərdə Rusiya ilə strateji əməkdaşlıqla bağlı təklifi irəli sürüb. Belə bir ittifaqın qurulması üçün şərtlərin önə sürülməsi çox vacibdir".

Yazıda həmçinin, Yəmən prezidenti Abdurabbu Mansur Hadinin İranın ölkəsinin daxili işlərinə qarışmasına da toxunulub. Yəmən prezidenti bildirib ki, İran ölkəsinin daxili işlərinə qarışır: “Bu, yeni addım deyil. İran Husilərə silah və maddi yardım edir”.

Məqalənin sonunda Rusiyanın Yəmənə müxadiləsinin nəticələri analiz edilir: "Rusiyanın Yəmənə müdaxiləsi bu ölkədəki vəziyyəti daha da gərginləşdirəcək. Yəməndə Suriyadakına bənzər mənzərə görəcəyik. Prezident Bəşər Əsəd İran və Rusiyanın köməyilə Suriyada irəliləyişə nail olduğunu iddia edir. Ancaq Əsəd əldə etdiyi bombaları məktəb, xəstəxana və məscidlərə atır, çox sayda dinc sakin həlak olur. Səudiyyə Ərəbistanı Yəməndə prezident Mansur Hadiyə yardım etməklə İranın dəstəklədiyi Husiləri geri çəkilməyə vadar edib. Ancaq Rusiyanın müdaxiləsi Yəməndə Husilərin yenidən fəallaşmasına gətirə bilər".

Samir


Müəllif:

Oxşar xəbərlər