24 Fevral 2016 01:53
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında baş tutmuş telefon danışığı zamanı Suriyadakı vəziyyət müzakirə edilib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey sarayının açıqlamasında bildirilir.

Məlumata görə, liderlər Suriyada atəşkəsə dair əldə olunan razılaşmanın tezliklə qüvvəyə minəcəyinə ümid etdiklərini bildiriblər.

“Tərəflər 11 fevral tarixində Suriyaya Dəstək Beynəlxalq Qrupunun üzərinə götürdüyü öhdəliklərin icra olunması prosesini diqqət mərkəzində saxlayacaqlarını bildiriblər. Bu öhdəliklərə, həmçinin, Rusiyanın və Suriya rejiminin mötədil müxalifət qruplaşmalarına və dinc əhaliyə zərbələrin endirilməsinə son qoyulması da daxildir”, deyə bəyanatda bildirilir.


Müəllif:

Oxşar xəbərlər