24 Fevral 2016 21:00
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir prezidenti Abdel Fattah as Sisi etiraf edib ki, Sinay üzərində Rusiyanın sərnişin təyyarəsini vuranlar Qahirə ilə Moskva arasındakı münasibətləri pozmağa cəhd göstərənlərdir.

Bu barədə fevralın 24-də Reuters agentliyi məlumat yayıb.

Prezident televiziya ilə çıxışında deyib ki, terrorçuluğa son qoyulmayıb və birləşsək onu məğlub edə bilərik.

O qeyd edib ki, təyyarəni vuranlar ölkənin turizm sektoru və Moskva ilə münasibətlərə zərbə vurmaq istəyiblər.

2015-ci il oktyabrın 31-də A321 təyyarəsinin vurulması nəticəsində 224 nəfər ölüb.

Rusiya təyyarənin partladıldığını və bunun terror aktı olduğunu deyir.


Müəllif:

Oxşar xəbərlər