24 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Düşənbədəki səfirliyində Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anma mərasimi keçirilib.
Səfirliyin foyesində Xocalı soyqırımı hadisələrini əks etdirən şəkillərdən ibarət fotostendlər quruldu, azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış pres-relizlər, soyqırımla bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunan bukletlər, kitabçalar və digər təbliğat materialları nümayiş etdirilərək paylanılıb.
Tədbirdə TR Ali Məclisinin deputatları, Tacikistanın dövlət və hökumət nümayəndələri, həmçinin, elm, mədəniyyət xadimləri və ali təhsil müəssisələrinin rəhbərləri, bununla yanaşı, Tacikistanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli diaspora və KİV nümayəndələri iştirak ediblər.
Xocalı faciəsi hadisələrində həlak olmuş Şəhidlərin Xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xocalı faciəsinin mahiyyətini açıqlayan ingilis və rus dillərində filmlər nümayiş etdirilib.
Tacikistanın xalq şairi, Tacikistan milli himninin müəllifi Gulnazar Keldi, Xarici Ölkələrlə Mədəni Əlaqələr və Dostluq Cəmiyyətinin Sədr müavini Şaripova Muşarraf Vahidovna, Tacikistan Milli Universitenin fəlsəfə kafedrasının müdiri Amiddin Şaripov, Tacikistanda yaşayan diaspora nümayəndələri çıxışlarında Xocalı soyqırımının dəhşətlərindən danışdılar, hadisəni törədən erməni qəsbkarlarına öz nifrət və narazılıqlarını ifadə ediblər.
Daha sonra, Səfir A.Həsənov Xocalı Soyqırımının 24-cü ildönümü münasibətilə jurnalistlər arasında keçirilmiş müsabiqənin nəticələrini elan etdi, qaliblər, eləcə də müsabiqənin bütün iştirakçılarına diplomlar və hədiyyələr təqdim edilib.
1-ci yerin qalibi Sayfiddin Sunnati – («Вахшонияте, ки бо ягон чиз сафед намешавад», “Dunyo” qəzeti, №4, (615), 19-25.01.2016; “Фочиаи Ходжали фаромуш намешавад», «Чархи Гардун» qəzeti, №5, (1013), 27.01.2016), 2-ci yerin qalibi Mehribon Salimşoev – («Генотсиди кучак дар Каробоги бузург», «SSRİ» qəzeti, №4, (385), 21.01.2016) və 3-cü yerin qalibi Джамоладдин Якубов – («Генотсиди Ходжалы – фоджиаи Асри XX», «Инсон ва табиат» qəzeti, №3, (23), fevral 2016) diplomlar və qiymətli hədiyyələr qazanıblar.
Müsabiqədə 14 müəllifin tacik, rus dillərində yazdıqları 13 məqaləsi iştirak edib.//Trend