25 Fevral 2016 23:35
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qazprom şirkəti Türkiyəyə ixrac etdiyi qaz həcmini fevralın 10-dan azaldıb.

Teleqraf.com "İnterfax"-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Enerji Nazirliyindən məlumat verib. Qazprom qərarını qazın qiymətilə bağlı razılığın əldə olunmaması və Türkiyədə müşahidə olunan isti hava ilə əlaqələndirib.

Türkiyə hökumətinin məsələ ilə bağlı Rusiyaya öz narahatlığını çatdırdığı iddia edilir.

Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Qeyd edək ki, 24 noyabr 2005-ci ildə Türkiyə Suriyaya məxsus qırıcını vurandan sonra iki ölkə arasında münasibətlər pisləşib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər