İsveçrənin “Le Matin" qəzetində gedən yazıya görə, dünyanın 20 ölkəsindən 50-yə qədər firma İŞİD-ə bomba hazırlamaq üçün məmulatlar göndərib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyinin hesabına araşdırma aparan Münaqişə və Silahlanma Mərkəzinin iddiasına görə, Türkiyənin 20-ə yaxın şirkəti İŞİD-ə bomba üçün vasitələr satır. İkinci yerdə Hindistan şirkətləri durur.
Yazıda İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən Plan-les-Quates holdinqinin “Eroelectrnique est montionnie" firmasının da bomba üçün lazım olan elektronik parçalar satdığı qeyd olunub.
İŞİD-ə silah hissələri satan ölkələr arasında Fransa, İtaliyanın da adları siyahıda var.
Ruslan