29 Fevral 2016 23:34
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş Sovet İttifaqının prezidenti Mixail Qorbaçov doğum günü ərəfəsində həyatından bəhs edən yeni kitabını təqdim edib.

O fevralın 29-da keçirilən təqdimat mərasimində deyib ki, həyatı barədə daha çox düşünəndə görür ki, ən vacib hadisələr qəfil baş verib.

O ümid edir ki, kitab rusiyalıların müasir tarixlərini başa düşməsinə kömək edəcək.

“Qorbaçov həyətdadır” adlı kitab xatirələr, müsahibə, məktub, məqalə və digər sənədlərdən ibarətdir.

Martın 2-də Qorbaçovun 85 yaşı tamam olur.

O 1985-ci ildə Sovet İttifaqının rəhbəri olub, keçmiş kommunist ölkəsinin daha açıq olması və islahatlar üçün aşkarlıq və yenidənqurma siyasəti yeridib.

Bundan başqa 1991-ci ildə Şərqi Almaniyadakı sovet rejimi və keçmiş SSSR-in dağılmasında mühüm rol oynayıb.


Müəllif:

Oxşar xəbərlər