Moskva sakinləri "Oktyabrskoepole" metrostasıyasının çıxışına gül və oyuncaq qoyaraq dayənin öldürdüyü 4 yaşlı qızı yad edirlər.
Teleqraf.com Rusiya mətbuata istinadən xəbər verir ki, 38 yaşlı özbəkistanlı Gülçöhrə Bobokulova cinayəti etiraf edib. İlkin ekspertizadan sonra uşağın əvvəlcə boğularaq öldürüldüyü, sonra isə başının kəsildiyini bildirilib.
Gülçöhrə polisə ifadəsində deyib ki, ailənin böyük uşaqları ilə evdən getməsini gözləyib. Daha sonra hadisənin törədib. O, etdiklərini ərinin onu döyməsi ilə əlaqəndirib.
Qətlə yetirilmiş uşaqların valideynləri dayənin 1 ildən çox onlarla işlədiyini bildiriblər.
Polis qadının Moskvada qeyri-qanuni olaraq işlədiyini qeyd edib.
Bobokulova saxlanarkən üzərində bomba olduğunu bildirsə də, onun üzərində partlayıcı aşkar olunmayıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
Ramal