Almaniya hökuməti 2015-ci ildə 442 min miqrant qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Eurostat" agentliyinin hesabatında bildirilib. Qeyd olunub ki, Bu göstərici 2014-cü illə müqayisədə 155% çoxdur. Həmçinin, Macarıstan 174 min, İsveç isə 156 min qaçqın qəbul edib.
Hesabatda ən az miqrant qəbul edən ölkələrdən Litva, Sloveniya və Slovakiyanın adı var. Bu dövlətlər hərəyə təxminən 300 qaçqın qəbul edib.
Ümumilikdə 2015-ci ildə Avropaya 1,8 milyon qaçqın üz tutub ki, bunların 1,25 milyonu Əfqanıstan, Suriya və İraq vətəndaşlarıdır. Avropa Komissiyası bildirib ki, bu İkinci Dünya Müharibəsindən sonra ən böyük miqrant böhranıdır.
Uğur