12 Mart 2016 01:32
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanında səfərdədir.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, dövlət katibi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbduləziz Al Səud və digər yüksək rütbəli şəxslərlə görüşəcək.


Ehtimal olunur ki, danışıqlarda Suriya və Yəməndəki vəziyyət müzakirə ediləcək. Həmçinin Səudiyyə Ərəbistanı-İran münasibətlərinə toxunulacaq.


Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında “Şimal ildırımı” adlı beynəlxalq hərbi təlimlər başa çatıb. Bu münasibətlə Bəhreyn və İordaniya kralları, Qətər əmiri və Pakistanın baş nazirinin iştirakı ilə parad və aviaşou keçirilib.


Müəllif:

Oxşar xəbərlər