İŞİD terrorçuları kimyəvi silahdan istifadə edərək, İraqın Kərkük şəhərinə iki hücum edib, nəticədə 600-dən çox insan xəsarət alıb, bir uşaq boğulmadan ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yerli hakimiyyət qurumları terrorçuların hücumlar zamanı kimyəvi silahdan istifadə etdiklərini iddia edirlər.
Məlumata görə, hücumlara Taza şəhəri məruz qalıb. Qeyd edək ki, bu şəhər üç gün əvvəl kimyəvi maddələrlə doldurulmuş raketlərdən atəşə tutulub.
Yüzlərlə insana tibbi yardım göstərilib, onlarda boğulma, susuzlaşma və yanıq xəsarətləri müşahidə edilib.
Raketlərin konkret hansı kimyəvi maddə ilə təchiz olunduğu barədə hələlik məlumat yoxdur.