Fildişi Sahilinin Abidcan şəhərində naməlum şəxslər tətil düşərgəsinə hücum edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı 22 nəfər həyatını itirib.
Məlumatlara görə, ölənlərin əksəriyyəti turistdir. Hadisədən sonra baş verən atışma zamanı 6 silahlı öldürülüb.
Hücuma görə məsuliyyəti “Əl-Qaidə” terror qruplaşması öz üzərinə götürüb.
Elvin