16 Mart 2016 23:24
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Finlandiya, Baltik regionu ölkələri və Ukrayna vasitəsilə yeni miqrasiya marşrutunun yaranma təhlükəsi mövcuddur.

Bu fikirlə Polşa Prezidenti Ancey Duda və Çexiya Senatının rəhbəri Milan Ştex Praqa qradında təntənəli nahar vaxtı razılaşıblar.

Avropa siyasətçiləri miqrantlara onların Avropada yeni məskən əldə edəcəklərinə azacıq ümid belə verməməlidirlər. Bu barədə Milan Ştex nahardan sonra “ČTK” agentliyinə məlumat verib. Onun sözlərinə görə, ictimaiyyət cüzi istisna olmaqla Çexiyada böyük miqdarda qaçqınların kök salmasına hazır deyil. Senatın rəhbəri, həmçinin bildirib ki, Polşa bundan əvvəlki hökumətin kvota öhdəliyini yerinə yetirmək üçün Türkiyə və Suriya düşərgələrindən qaçqınları seçməyə çalışacaq.


Müəllif: