20 Mart 2016 14:42
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində İstiqlal prospektində terror aktı törədən şəxsin kimliyi müəyyənləşib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, DNT analizlərinin nəticəsinə əsasən terror hücumunu reallaşdıran şəxs Mehmet Öztürk adlı 24 yaşlı gəncdir. Sözügedən şəxsin ailə üzvlərindən götürülmüş qan nümunələri ilə M.Öztürkün meyitinin qalıqları analiz edilib və "canlı bomba"nın Mehmet Öztürk olduğu dəqiqləşib.

Türkiyə polisi partlayışı törətməkdə şübhəli qismində iki nəfər üzərində dayanırdı. Kamikadze-terrorçunun İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilirdi. Savaş Yıldızla yanaşı 24 yaşlı Mehmet Öztürk də şübhəlilər sırasında idi. Onun İŞİD qruplaşması ilə əlaqədə olduğu da təsdiqlənib.

Qeyd edək ki, İstanbulda baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 39 nəfər yaralanıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər