21 Mart 2016 21:35
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriyada müxalif güclərə qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədir. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Sergey Rudskov ABŞ-ın atəşkəslə bağlı razılığa əməl etmədiyini deyib: "ABŞ sülhə hazır deyil. Onların Suriya məsələsində tutduğu mövqe bizi qane etmir".

Rusiya Təhükəsizlik Şurasının rəhbəri Viktor Ozerov Suriyada atəşi pozan istənilən qüvvəni vuracaqlarını deyib: "Terrorçular özlərini konstruktiv müxalifət kimi göstərib, amma eyni zamanda silahlanırlarsa Rusiya buna göz yummayacaq".

Ayxan


Müəllif:

Oxşar xəbərlər