Brüssel aeroportunda törədilən terror aktı nəticəsində 6 polis əməkdaşı yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Brüssel polis idarəsindən bildirilib.
“İki yaralı polis hospitala yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Daha dörd polis əməkdaşı yüngül yaralanıb, lakin onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. İŞİD terror qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.