23 Mart 2016 16:49
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qaziantep şəhərində İŞİD-ə qoşulmaq istəyən Yaponiya vətəndaşı həbs edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, xüsusi xidmət orqanlarının bölgədə keçirdiyi təhlükəzlik tədbirləri nəticəsində İŞİD-ə qoşulmaq üçün Türkiyəyə gəlib buradan Suriyaya keçmək istəyən 24 yaşlı M.M saxlanılıb. Mobil telefonu incələnən M.M-in sosial şəbəkə vasitəsilə İŞİD üzvləri ilə əlaqə saxladığı və bura terror təşkilatına qoşulmaq üçün gəldiyi məlum olub.

Yaponiyalı İŞİD üzvünün "Əcnəbilərin beynəlxalq müdafiə qanunu" çərçivəsində deportasiya ediləcəyi gözlənilir.

Yusif


Müəllif:

Oxşar xəbərlər