26 Mart 2016 00:51
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşması Yəmənin Ədən şəhərində törədilən üçqat terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Ədənin qərb bölgəsindəki nəzarət-keçid məntəqəsində terrorçular iki avtomobilə yerləşdirilmiş partlayıcı qurğuları işə salıblar. Eyni vaxtda şəhərin mərkəzində təcili tibbi yardım maşınında bomba partlayıb.


Müəllif:

Oxşar xəbərlər