İŞİD terror təşkilatı Avropanı təhdid edən yeni video-müraciət ünvanlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçuların adından İŞİD-in hollandiyalı üzvü Hiçam Çayib danışıb.
O, Avropanı yeni terror dalğasının gözlədiyini deyib: "Avropa Paris terrorundan dəsr götürmədi. Ona görə də Brüssel terrorunu törətdik. Ardı olacaq".
Bu arada Almaniyanın "Die Welt" qəzetinin məlumatına görə, hazırda Paris və Brüssel terrorunu törətməkdə şübhəli bilinən 8 nəfərlə bağlı axtarış elan edilib. Şübhəlilərin Fransa və Belçika vətəndaşı olduğu bildirilib.
Samir