İranın Ramsar şəhərində İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin toplantısı başlayıb.
Teleqraf.com İranın "Mehr" agentliyinə istinadən xəbər verir ki, görüşdə 3 ölkə arasında müxtəlif məsələlər müzakirə ediləcək. Görüşdən sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri nəzərdə tutulur.
Qeyd edək ki, toplantıda iştirak etmək üçün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün İrana səfər edib.
Samir