8 Aprel 2016 23:52
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və İsrail son 5 ildə pisləşmiş münasibətlərdən sonra əlaqələri bərpa etmək üzrədir.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi Londonda danışıqlardan sonra bəyan edib. NATO üzvü olan Türkiyə regionda İsrailin əsas tərəfdaşı olsa da, 2010-cu ildə İsrailin Türkiyənin Qəzzaya göndərdiyi yardım gəmisini vurmasından sonra münasibətlər pisləşib. Həmin hadisə zamanı 10 türkiyəli fəal həlak olub.

Sonradan hadisələr qarşılıqlı ittihamlarla müşayiət edilib. 2013-cü ildə İsrail üzr istəyib. Münasibətlərin bərpasına isə ötən ilin dekabrında tərəflərin məxfi görüşü zamanı başlanıb və daha sonra fevralda Cenevrədə danışıqlarla davam etdirilib.

"Qruplar razılaşmanın detallarını danışaraq bitirməyə çalışırlar", Türkiyə XİN bildirib. İsrail XİN bu barədə şərh verməkdən imtina edib.

Rəsmi Ankara bildirib ki, London görüşündə Türkiyə XİN rəsmisi Feridun Siniroğlu, İsrailin baş nazirinin məsləhətçisi Jozef Ciechanover və İsrail Milli Təhlükəsizlik Nazirliyinin məsləhətçisi Jakob Nagel iştirak edib.

Türkiyənin baş naziri Əhmət Davutoğlu Vatan qəzetinə müsahibəsində deyib ki, "əhəmiyyətli inkişaf əldə edilib" və tərəflər tezliklə danışıqların "son mərhələsinə" çatmağı ümid edirlər.


Müəllif:

Oxşar xəbərlər