İran dini lideri Ayətullah Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Suriya dövlət başçısı Bəşər Əsəd səlahiyyət müddəti başa çatanadək iqtidarda qalmalıdır.
Teleqraf.com xəbər verir ki, Ə.Vilayəti xatırladıb ki, Əsədin prezidentlik müddəti 2021-ci ildə bitir. Onun sözlərinə görə, Bəşər Əsəd Suriyanın qanuni prezidentidir: "Onun öz postundan getməsi üçün hər hansı bir şərtin ortaya qoyulması İranın qırmızı xəttidir. Onu dəstəkləməyə davam edəcəyik".
O, ABŞ-a səslənərək deyib: "Əsədin iqtidarda qalıb-qalmamaının sizə nə aidiyyatı var?"
Əli Əkbər Vilayəti söyləyib ki, İran Suriyanın qanuni hökumətinin tələbi ilə terroristlərlə mübarizə üçün Suriyadadır.
Müşavir onu da söyləyib ki, İran və Rusiya Suriyada yaxın əməkdaşlıq qurub.