"Ukraynada baş nazir Arseni Yatsenyukun istefasından sonra narazılıq prezident Petro Poroşenkonun üzərində cəmlənib".
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Financial Times" qəzeti yazır.
Nəşr qeyd edir ki, ötən bir həftə Poroşenko üçün çox ağır keçib: "Ölkədə küçə nümayişləri başlayıb. Yatsenyukun istefasından sonra bütün problemlərə görə Poroşenko məsuliyyət daşıyır. Etirazçılar Poroşenkonu korrupsiyada və islahatlardan yayınmaqda ittiham edirlər. Bu vaxta qədər isə bu ittihamlar baş nazir Yatsenyuka qarşı səsləndirilirdi".
Qeyd edək ki, Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman baş nazirlik postundan imtina etdiyini açıqlayıb. Bu gün Ali Rada yeni hökumət başçısını təyin edəcək.
Samir