18 Aprel 2016 15:13
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEC-ə üzv ölkələrin Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neft hasilatının səviyyəsinin dondurulması ilə bağlı razılığa gələ bilməməsi bir çox ölkədələrdə narahatlıqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, dünyaca məşhur “OilPrice” jurnalı məsələ ilə bağlı araşdırma aparıb.

Jurnalın ekspert qrupu hesab edir ki, neft hasilatının “dondurulması” ilə bağlı Dohada keçirilən sammitdə Səudiyyə Ərəbistanın mövqeyi təəccüblü və anlaşılmaz idi:

“Bazar iştirakçıları inanmırdılar ki, Rusiya və OPEK danışıqlarda razılıq əldə edəcək. Ancaq onlar əmin idilər ki, tərəflər simvolik razılaşma əldə olanmadan masadan qalxmayacaq. Səudiyyə Ərəbistanının İransız bu razılaşmada iştirak etməyəcəyi fikrini isə tərəflər “boş təhdid” adlandırırdılar. Ancaq göründüyü kimi, bu baş verdi. Nəticədə Səudiyyə öz təklifi üzərində təkidlə dayanacağını açıqladı. Əlbəttə, bir müddət öncə sanksiyalardan yaxa qurtaran Tehran bu razılaşmanı imzalamayacaq və bunu açıq-aşkar bəyan etdi. Bu bəyanatdan sonra Ər-Riyadın bu addımı təəccüb doğurur”.

Ekspertlər hazırda dünya ölkələrini bir sualın maraqlandırdığını bildiriblər: “Əgər Səudiyyə İransız bu razılaşmaya imza atmayacağını əvvəlcədən bəyan etmişdisə, Doha görüşünün keçirilməsində məqsəd nə idi?”

Kolumbiya universitetinin energetika siyasəti üzrə mərkəzinin direktoru Ceyson Bordoffun fikrincə, bunu Səudiyyənin həqiqətən də razılaşmanı imzalamaq istəməsi və son anda İrana qarşı antipatiyanın üstün gəlməsi kimi izah etmək olar: “Səudiyyənin razılaşmaya blok qoyması Ər-Riyad-Tehran münasibətlərinin neftin qiymətlərinə təsiri kimi izah etmək olar.

İkincisi, səudiyyəli hökumət rəhbərləri arasında ciddi fikir ayrılığı var. Birinci cəbhdə şahzadə Məhəmməd ibn Salman, ikinci cəbhədə isə Səudiyyənin neft naizri Əli əl-Nəimi durur. Birinci cəbhə İransız bu məsələnin mümkünsüzlüyünü bildirir, ikincilər isə bu razılaşmaya hər zaman hazır olduqlarını deyir”.

Xatırladaq ki, OPEK-in nəticəsiz iclasından dərhal sonra neftin qiymətlərlərində kəskin ucuzlaşma qeydə alınıb.

Samir


Müəllif:

Oxşar xəbərlər