Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko bildirib ki, bundan sonra meriyaya və işlərinin dalınca velosipedlə gedir.
Teleqraf.com xəbər verir ki, Kliçko bu addımın digərlərinə örnək ola biləcəyini qeyd edib: "İşə velosipedlə gedib-gələcəyəm. Şəhərin mərkəzindəki işlərimin dalınca da velosipedlə gedəcəyəm. Artıq bir neçə gündür ki, sadəcə, səhər məşqlərində velosiped sürmürəm. Belə nəqliyyat növü rahatdır, sağlamlıq üçün faydalıdır. Mənfi olan budur ki, yolda bütün sürücülər velosipedçilərlə korrekt davranmırlar. Operativ şəkildə izahat aparmalı oluram".
Milli.Az vesti.ua-ya istinadən bildirir ki, V.Kliçkonun "Gocycle" velosipedinin elektrik mühərriki var. Bu velosipedlə pedalları fırlamadan 25 km/saat maksimal sürətlə 50 km qət etmək olar. Kiyevdə bu velosipedin minimal qiyməti 4,5 min avrodur.
Kliçko sürücülərdən şikayətlənsə də, özü qaydaları pozur.