Aprelin 25-də Suriyada mötədil müxalifət kimi tanınan qruplaşmanın raket zərbələri ermənilərin yaşadıqları məhəlləyə düşüb. Teleqraf.com-un məlumatına görə, Suriyanın «Gandzasar» qəzeti xəbər verir ki, raket zərbəsi Süleymaniyyə məhəlləsinə düşüb.
Suriya Parlamentində təmsil olunan erməni deputat feysbuk hesabında atılan mərmilərdən birinin fotosunu paylaşıb. Mərminin üzərində «Şəhid Ənvər Paşa" yazılıb.
Ənvər Paşa İttihat və Tərəqqi Partiyasının sədri olub və Türkiyənin hərb tarixinin önəmli isimlərindən sayılır.
Ölən və yaralanan ermənilərin adları açıqlanıb. Ölənlər George Taşçıyan və Avetişs Torosyan. Yaralananlar Ani Avagyan, Ando Paharyan və Harut Baggalyan.
Ümumilikdə isə Süleymaniyyə məhəlləsinə atılan raket zərbələri nəticəsində 16 nəfər ölüb, 86 nəfər yaralanıb.
Ayxan