ABŞ prezidentliyinə namizəd, sabiq dövlət katibi Hillari Klinton qələbə qazanacağı təqdirdə quracağı kabinetinin tərkibini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, H.Klinton deyib ki, təşkil edəcəyi hökumət kabinetinin yarısı kişilər, yarısı isə qadınlardan ibarət olacaq: “Mənim kabinetim Amerikaya bənzəyəcək, ölkəmdə əhalinin 50 faizini qadınlar təşkil edir”.
Qeyd edək ki, Demokratlar Partiyasından olan Hillari Klinton Nyu-Yorkda keçirilən praymeriz-də qələbə qazanıb və iyulda keçirilən qurultayda partiyadan vahid namizəd olmağa yaxınlaşır.
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.
Nərgiz