27 Aprel 2016 09:28
3 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şərq kosmodromundan ilk raketin buraxılması zamanı avtomatik idarəetmə sistemində problem yaranıb".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın "Roskosmos" şirkətinin rəhbəri İqor Komarov deyib.

Onun sözlərinə görə, raketin buraxılması bir sutkalıq təxirə salınıb: "Buraxılışa 2,5 dəqiqə qalmış proqramlar avtomatik olaraq dayandırıldı. Şərq kosmodromundan qalxmalı olan "Birlik-2.1a" raket daşıyıcısı 28 apreldə fəzaya buraxılacaq. Problem zamanı raket və sputnikə heç bir ziyan dəyməyib".

Qeyd edək ki, raketin buraxılışını izləmək üçün Rusiya prezidenti Vladimir Putin kosmodroma gəlmişdi. Prezidentin sözçüsü Dmitri Peskov bildirib ki, yaranmış problemin əsas səbəbləri aydınlaşana qədər Putin kosmodromda qalacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər