Rusiya xarici işlər naziri Sergey Lavrov İsveçin NATO ilə yaxınlaşmasına münasibət olaraq bildirib ki, əgər Stokholm Atlantika Blokuna qoşularsa Rusiya müvafiq addımlar atacaq.
Teleqraf.com-un məlumatına görə, Lavrov İsveçin "Dagens Nyheter" qəzetinə müsahibəsində bildirib ki, İsveçin NATO-ya üzv olarsa Rusiyanın Müdafiə Nazirliyi qərar qəbul edəcək: "NATO-un Avropanın şimalında genişlənməsindən narahatıq. Bu o demək deyil ki, İsveç NATO-ya üzv olandan sonra Rusiyanı bombalayacaq. Amma bu halda İsveç NATO-un hədəfləri üçün fəaliyyət göstərəcək. Rusiyanı təhlükə sayan hərbi-siyasi blokun qarşısını almaq üçün Rusiya şimal sərhəddində hərbi gücünü artıracaq. Rusiyanın sərhədlərinə doğru genişlənən NATO-dur. Biz NATO-nu Şərqə doğru irəliləməsilə bağlı xəbərdar etmişik. Hər bir ölkə təhlükəsizliyilə bağlı qərar qəbul etməlidir. Əgər bir hərbi blok Rusiyanın sərhədinə yaxınlaşırsa, təbii ki, biz də hərbi-texniki addımlar atmalıyıq".
Baltikyanı ölkələrlə münasibətlərə toxunan Lavrov bildirib ki, SSRİ dağılandan sonra Baltik ölkələri xalqın tələbləri əsasında Rusiyadan ayrıldılar: "Heç kəs onları təhdid etmədi. Amma baltik ölkələri onlara heç bir şiddət göstərməyən Rusiyaya minnətdarlıq etmədilər. Əksinə SSRİ-in onlara qarşı zorakılıq etdiyini, onlardan istifadə edib məhsullarını mənimsədiyini iddia etdilər. Bəziləri Rusiyaya qarşı, səbəbini anlaya bilmədiyim, 185 milyard dollar tələbində iddia qaldırdılar. Nə üçün? Həmin ölkələrdə sənaye qurduğumuz, iqtisadiyyatlarını gücləndirdiyimiz, adam başına düşən yatırımın sovet ölkələrindən daha çox olduğu üçünmü?", deyə Lavrov qeyd edib.
Ayxan