4 May 2016 00:52
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın hüquq-mühafizə orqanları Odessa şəhərində jurnalistlərə atəş açmaq üçün istifadə edilən silahın sahibini müəyyən ediblər.

Teleqraf.com-un unian.net-ə istifadən xəbərinə görə, bu barədə Odessa polisindən bildiriblər.

Bundan əvvəl yerli dumskaya.net saytı Odessada naməlum şəxslərin "Yeddinci kanal"ın əməkdaşlarına atəş açdıqlarını bildirib. Bundan sonra onlar avtomobillə hadisə yerini tərk ediblər.

Sayt cinayətdə şübhəli bilinənlərin həbs edildiyini də bildirib.

Cinayət zamanı istifadə olunan "Honda" markalı avtomobil və silah isə Belqorod-Dnestrovsk şəhərindən olan şəxsin adına sənədləşdirilib. Onun həbsi üçün tədbirlər görülür.

Nihad


Müəllif:

Oxşar xəbərlər