Yunanıstan polisi bazar günü Afinanın Sintaqma (Konstitusiya) meydanında nümayişçilərə qarşı gözyaşarıcı qaz və işıq-səs qranatlarından istifadə edib.
Teleqraf.com-un tass.ru-ya istinadən xəbərinə görə, yunanlar pensiya və sosial sığorta islahatlarına etiraz məqsədilə mitinq keçiriblər. Aksiya zamanı maskalı gənclər polisə "Molotov kokteyli" atıblar. Bundan sonra polis güc tətbiq edib.
Qeyd edək ki, dünən Yunanıstam parlamentində pensiya və sosial sığorta islahatları ilə bağlı qanun layihəsi səsverməyə çıxarılmalı idi. Aksiya iştırakçıları hesab edir ki, bu islahatlar pensiya təminatı sisteminə son zərbə olacaq və vergilər daha da artacaq .
Bununla əlaqədar cümə və şənbə günləri aparıcı həmkarlar ittifaqları təşkilatları 48 saatlıq ümumxalq tətili keçiriblər. Bazar günü isə 6 mindən artıq insan Sintaqma meydanında mitinq keçirib.
Polis gözyaşardıcı qaz tətbiq etdikdən sonra meydanda etirazçıların sayı xeyli azalıb.
Nihad