Əfqanıstan polisi ölkənin şimalındakı Cevizcan vilayətində anti-terror əməliyyatı keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı Əfqanıstan prezidentinin birinci müavini Raşid Dostum məlumat verib. Onun sözlərinə görə, döyüşlər zamanı "Taliban" terror qruplaşmasının 35 üzvü öldürülüb, 40 terrorçu yaralanıb.
O qeyd edib ki, 40 kənd terrorçulardan təmizlənib.
Samir