Almaniyanın Köln məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın komediya ustası Jan Böhmermanna dəstək verən "Springer" media holdinqinin rəhbəri Mathias Döpfner ilə bağlı iddiasını rədd edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan onun haqqında həcv yazan Böhmermann və ona dəstək verən media qurumunu məhkəməyə verib.
“Bild” vəe “Die Welt” qəzetlərinin sahibi Axel Springerin müavini Döpfner “Welt am Sonntag” qəzetindəki məqaləsində Böhmermanna dəstək verdiyini bildirib.
Ərdoğanın Kölnlü vəkili Ralf Höcker Döpfnerin məqaləsində təhqiramiz fikirlərin yer aldığını bildirərək məhkəməyə üz tutub, amma məhkəmə iddianı qəbul etməyib. Səbəb kimi, söz və mətbuat azadlığının toxunulmazlığı göstərilib.
Ayxan