17 May 2016 23:24
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər Suriyadan raket atəşlərinin qarşısı alınmasa Türkiyə bunun öhdəsindən təkbaşına gələcək”.

Teleqraf.com xəbər verir ki, bunu mayın 17-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

O, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin İstanbul toplantısında iştirak edən beynəlxalq nazirlər qrupunun qarşısında çıxış edərkən deyib ki, əgər bu məsələdə Türkiyəyə xaricdən kömək olmasa, onda Ankara “İslam dövləti” qrupuna qarşı təkbaşına mübarizə aparmalı olacaq.

Qeyd edək ki, “İslam dövləti” qrupu son həftələr Suriya ərazisindən Türkiyənin bu ölkə ilə sərhəddə yerləşən Kilis şəhərini raket atəşinə tutur.

Ö z növbəsində Türkiyə yaraqlıların mövqelərinə cavab zərbələri endirir.

Türkiyə rəsmiləri dəfələrlə bəyan edib ki, sərhədlərini qorumaq üçün Ankaraya ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi lazımdır.

Hazırda Türkiyədə 3 milyona yaxın Suriya qaçqını var.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Hazırda ölkənin bir sıra bölgələri hələ də “İslam Dövləti” qrupunun nəzarətindədir.


Müəllif:

Oxşar xəbərlər