22 Aprel 2014 00:08
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stokholm beynəlxalq dünya problemləri institutu (SIPRI) hər il bütün dünya ölkələri üzrə hərbi xərclərin tədqiqinin nəticələrini dərc edir.

ANS PRESS-in məlumatına görə, tədqiqatlar göstərir ki, artıq çox onilliklərdir ki, ABŞ müdafiə xərclərini azaltdığını bildirsə də dünyanın ən iri hərbi büdcəsinin sahibidir.

Dünyanın bütün hərbi xərclərinin 64%-i ABŞ və onun müttəfiqlərinin payına düşür.

Hesabatda həm də bildirilir ki, ABŞ Yaxın Şərqdə yerləşən müttəfiq ölkələrində hərbi xərclərini artırır, bura yüksək texnologiyalı çağdaş silahların alınması da daxildir.

Bu məsələyə diqqət yetirən “The Russian Times” qəzeti bildirir ki, ABŞ öz müttəfiqlərini və hakimiyyətə gətirdiyi hökumətləri silahlandıraraq dünya üzərində nəzarəti saxlamaq üçün nəzarəti əlində saxlamaq çalışır.

Qəzet Amerikanın müttəfiqləri sırasında Azərbaycanın da adını çəkir, 2004-2008-ci illərlə müqayisədə 2009-2013-cü illərdə Azərbaycanın silah idxalını 378% artırdığını bildirir.


Müəllif:

Oxşar xəbərlər