Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefasını qəbul edən prezident Rəcəb Tayyib Ərdoğan yeni hökumətin qurulması üçün Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Binali Yıldırıma tapşırıqlarını verib.
Teleqraf.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Binali Yıldırımla təkbətək görüşərək yeni hökumətlə bağlı tövsiyyələrini verib.